- Köhnə - Cəmiyyət
- 31 Oktyabr 2013 14:28
- 6 094
Putinin nümayəndəsi Orxan Zeynalovun həbsindən danışdı

Moskvanın Qərbi Biryulevo rayonunda baş verən hadisələri və Orxan Zeynalovun həbsini şərh edən M. Şvıdkoy bildirib ki, Rusiyada çoxlu sayda azərbaycanlı, Azərbaycanda isə xeyli rus yaşayır: "Biz bir-birimizdən asılıyıq. Bizim üçün millətlərarası sülh vacibdir. Ölkələrimiz arasında münasibətlər dayanıqlı və stabil xarakter daşıyır. Hərdən müəyyən insidentlər baş verə bilər, lakin bunlar ciddi xarakter daşımır".
M. Şvıdkoy qeyd edib ki, Rusiyada anti-Azərbaycan və Azərbaycanda antirus əhval-ruhiyyəsinə yol vermək olmaz.
AzNews.az