Bakıda tutulan seksual manyak sərbəst buraxıldı- FOTO

Hövsanda qadınlara qarşı seksual xarakterli hərəkətlər törədən Əhmədov Hacıbaba Bayram oğlu istintaqda ilkin ifadə verib.

O, ifadəsində seksual xarakterli hərəkətlər etdiyini etiraf edib.

APA TV-nin xəbərinə görə, qadınları arxadan qucaqladığını təsdiq edən Əhmədov ictimai nəqliyyat vasitələrində onların şəkillərini çəkdiyini təsdiqləyib. Faktla bağlı Suraxanı rayon Polis idarəsinin İstintaq şöbəsində, Cinayət Məcəlləsinin 221 - xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Lakin tibbi müayinə zamanı təqsirləndirilən şəxsin psixoloji durumunda problemlərin olduğu nəzərə alınaraq, o, sərbəst buraxılıb.

Xatırladaq ki, Hacıbaba Əhmədovun hərəkətləri barədə Suraxanı rayon 30-cu polis bölməsinə 5 ərizə daxil olub.

Ümumilikdə isə onun əməlindən 8 nəfər şikayət edib. Bölmənin baş təhqiqatçı Emin Məmmədovun sözlərinə görə, vətəndaşlar şikayətlərində təqsirləndirilən şəxsin Hövsan qəsəbəsində onlara qarşı seksual hərəkətlər etdiyini bildiriblər. Hacıbala Əhmədov Hövsan qəsəbəsində orta məktəbin həyətində var-gəl edərkən yaxalanıb.

AzNews.az