- Köhnə - Dünya
- 6 Noyabr 2013 13:15
- 6 414
Pentaqonda rüşvət qalmaqalı: Komandirlər məhkəmə qarşısında

Bunun müqabilində isə o, komandirləri gözəl qadınlarla tanış edib, dünya ulduzlarının konsertlərinə bilet alıb.
Hadisə ilə bağlı Amerika ordusunda vəziyyət gərginləşib. San Diaqo Federal Məhkəməsi hadisə ilə bağlı ciddi pozuntular və sui-istifadə halları ortaya çıxarıb. Bu səbəbdən yüksək rütbəlilər də daxil olmaqla bir çox adamın məhkəməyə cəlb olunacağı bildirilir. 8 noyabrda keçirilməsi nəzərdə tutulan məhkəmədən əvvəl yüksək səviyyədə müzakirələrin aparılması da vəziyyətin ciddiliyindən xəbər verir.
Məhkəməyə təqdim edilən sənədlər əsasında başlanan araşdırmaların Pentaqona qədər uzandığı bildirilir. Məhkəmə Leonard Francisin mərkəzi ofisi Sinqapurda olan şirkəti, "Glenn Müdafiə Dəniz Asiya" LTD və DMI rotası haqqında bir çox gizli məlumatlar ələ keçirib. Məhkəmə sənədlərində adı açıqlanmayan donanma personalının Francisdən qiymətli hədiyyələr aldığı da qeyd edilir.
Elman
AzNews.az