Toyda “Gangam Stule“ oynayan şəxs 3 nəfəri güllələdi - Video

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Yəməndə toya dəvət edilmiş qonaqlardan birinin ağılsız hərəkəti qanlı faciəyə səbəb olub. Hadisə rəqs zamanı baş verib. Qonaqlar koreyalı reper PSY - nin Gangnam Stule dünya xitinin sədaları altında şənlənən zaman , axmaq birisi bayram atəşfəşanlığı yaratmaq fikri ilə Kalaşnikov avtomatından bir neçə dəfə havaya atəş açmaq istəyib. Amma hədəfə insan kütləsi tuş gəlib - bir neçə adam yaralanaraq yerə yıxılıb. Qalan qonaqlar qorxularından ətrafa sərələniblər.
Hadisə nəticəsində 3 nəfər ölüb, bir nəfər də ağır xəsarət alıb.





Əli
AzNews.az