Onların qarşısını daxili qoşunların əsgərləri bağlayıb Onların qarşısını daxili qoşunların əsgərləri bağlayıb

Aksiyaçılar Prezident Administrasiyasının binasını tutmağa çalışır

Onların qarşısını daxili qoşunların əsgərləri bağlayıb




Kiyevdə mitinqçilər Prezident Administrasiyasının binasına girməyə cəhd edib.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, müxalifətçilər mitinqi dağıtmaq istəyən milisi gördükdən sonra Nezalejnosti Meydanında, İnstitut küçəsindəki barrikadanı tərk ediblər.

Nezalejnosti Meydanından hərəkətə başlayan mitinqçilər iki hissəyə bölünərək Prezident Administrasiyasının girişini bağlayırlar.

Aksiyaçıların qarşısını bu dəfə "Berkut" döyüşçüləri yox, daxili qoşunların əsgərləri bağlayıb.

Aksiyanın təşkilatçılarından biri kütləyə müraciət edərək hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı heç bir hərəkət etməyəyə çağırıb: "Bunlar "Berkut" deyil, onlar da bizim kimi insandır".

Elman
AzNews.az
Close menu