Cinayətkar dəstənin üzvləri saxlanıldı


Bakıda soyğunculuq törətməkdə təqsirləndirilən dəstə yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Bakının Binəqədi rayonunda İsgəndər Qurbanlının bıcaqla hədələyib, pul verməsini tələb etməklə quldurluq hadisəsi törədən Bakı sakinləri Vüqar Ələkbərli, Emin Hüseynov, Səməd Rəşidov və Baris Juralovdan ibarət qurup saxlanılıb.

Faktla bağlı araşdırma aparılır, saxlanılan qrupun digər cinayyətdə əli olub-olmaması yoxlanılır.

Tural Mustafayev
AzNews.az