Medvedev: “Borc ödənilmədən Kiyevlə əməkdaşlıq olmaz“

Qaz sahəsində Ukrayna-Rusiya əməkdaşlığı borca və cari qaz tədarüklərinə görə ödənişlər edilmədən mümkün deyil. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Baş naziri Dmitri Medvedev "Qazprom"un rəhbəri Aleksey Millerlə görüşdə deyib.
Onun sözlərinə görə, bunu hamı, Ukraynada hazırda zəruri qərarlar qəbul edən insanlar başa düşməlidirlər.

A.Miller isə qeyd edib ki, martdakı tədarüklərə görə heç bir ödəniş edilməyib: "Ukraynanın borcu artaraq 2,2 milyard dolları ötüb".

AzNews.az