- Köhnə - Dünya
- 16 Aprel 2014 19:39
- 3 454
Qatar yük avtomobili ilə toqquşdu - 2 ölü, 8 yaralı
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, qatarla yük avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb.
Şahidlərin dediklərinə görə, MAN markalı yük maşını qatara çırpılıb. Zərbənin gücündən qatarın bir neçə vaqonu relsdən çıxıb. Qatar Tallin-Tartu marşrutu ilə hərəkət edirmiş.
AzNews.az