Rafet El Roman yenidən Bakıda

Türkiyəli müğənni Rafet El Roman yenidən Bakının qonağı olacaq.

Bu haqda Axşam.az saytına təşkilatçı Nahid Emiloğlu məlumat verib. O, konsertin dəniz kənarında yerləşən istirahət mərkəzlərindən birində baş tutacağını bildirib:

"Konsert iyunun 14-də olacaq. Çox fərqli və maraqlı gecə hazırlanır. Rafet El Roman təzə albomundakı mahnıları səsləndirəcək. Onunla birlikdə daha bir ifaçı da səhnəyə çıxacaq. Həmin sənətçinin adını gizli saxlayırıq".

AzNews.az