İmranın müalicəsi davam edir- FOTOLAR

Bu günkü qəhrəmanımızı çox adam tanıyır. Bu, səhlənkarlıq nəticəsində ayağını itirən, uzun və ağır müalicə prosesi keçən İmran Cəfərovdur.

İmranın bütün ölkəni silkələyən, hər kəsi üzən faciəsinin üstündən 9 ay keçib. Bu 9 ayda 14 dəfə əməliyyat olunub 3 yaşlı körpə. Olanları indi də anlamır İmran. Amma bəlkə də hamıdan yaxşı anlayan, dərk edən elə onun körpə ürəyidir, balaca beynidir. Ayaqlarımı çap-çupda akula yedi deyir. Pul qazanmağa başı qarışıb, insanların həyatı ilə oynayan yırtıcılara bundan daha uyğun adı tapmaq olmazdı.

Anası Nuridə xanım deyir kameranı heç xoşlamır. Evdə kameranızı görüb gizlənəcək. bu səbəbdən də ANS əməkdaşları onunla müalicə olunduğu Uşaq Bərpa Mərkəzində görüşüb. Başı məşqinə qarışıb çəkilişə imkan verir yaraşıqlı qəhrəman. Bütün bacarıqlarını göstərir - yeriyir, qaçır İmran. Möcüzə görmədim deyənlər baxsın, Möcüzədir bu uşaq.

Nuridə xanım, mənim balamı Azərbaycan xalqının duaları qurtardı deyir.

İmranın müalicəsi Almaniyada və Bakıda müsbət irəliləsə də onun balaca bədəni hələ uzun müddət mübarizə aparmalıdır.

AzNews.az
image description image description image description image description