- Köhnə - Hadisə
- 19 İyul 2014 17:58
- 6 318
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi - VİDEO
Bu barədə APA-ya vəkil Adəm Məmmədov məlumat verib.
A. Məmmədovun sözlərinə görə, İ. Mirzəyev saxlanıldığı Bakı İstintaq Təcridxanasının tibb məntəqəsinə yerləşdirilib: "Son günlər İlham Mirzəyevin xəstəliklə əlaqədar olaraq vəziyyəti pisləşib. Ayaqları tutulub, yeriyə bilmir. Vəziyyəti pis olduğuna görə həkimlər onu tibb məntəqəsinə yerləşdiriblər".
Qeyd edək ki, İ. Mirzəyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) təqsirləndirilir.
AzNews.az