Ziyansız nə qədər qəhvə içmək olar?

Kanadadan olan alimlər gün ərzində sağlamlığa zərər vurmadan neçə fincan qəhvə içməyim mümkün olduğunu hesablayıblar. Mütəxəssislərin hesabatında bildirilir ki, insan gün ərzində 400 milliqram, yəni 2 orta ölçülü fincan qəhvə qəbul edə bilər. Bu zaman sağlamlığa ziyan minimal olacaq. Əgər bir böyük fincan qəhvə qəbul edilsə, bu gündəlik normanın dörddə üçünə bərabər olacaq. Bununla yanaşı alimlər qeyd edirlər ki, norma göstəriciləri insanın cinsindən və genetik amillərdən asılıdır. Eyni zamanda qəhvənin zərərsizliyinə və gündəlik dozasına qəbul edilən tibbi preparatlar da təsir edir. Hamiləliyin qarşısını alan vasitələrin istifadəsi zamanı, kofein yavaş həzm olunur. Hamilələr üçün günlük qəhvə norması ümumi qəbul edilmiş normanın yarısını təşkil edir: 20 mq. Başqa sözlə, 1 orta porsiya qəhvə. Kofeinin ölümcül təhlükəli dozası 10 000 mq-dır. Bu isə gün ərzində təxminən 75 fincan qəhvəyə bərabərdir.

Aydan
AzNews.az