- Köhnə - Hadisə
- 22 İyul 2014 14:12
- 3 280
Bakıda daha bir avtobus avtoşluğu - FOTOLAR
Bu gün "Qafqazinfo"nun əmənkdaşı 24 nömrəli avtobus sürücüsü tərəfindən yolda törədilən kobud qayda pozuntusunun fotolarını lentə alıb. Hadisə Ağa Nemətulla küçəsində Heydər Əliyev prospektinin altından keçən tuneldə qeydə alınıb. Fotolardan aydın görünür ki, içi sərnişinlə dolu olan avtobus qarşı hərəkət istiqamətinə çıxaraq irəliləmək istəyib. Bu da əks istiqamətdə hərəkət edən avtomobillərin dayanmasına və tıxaca səbəb olub. Avtobus sürücüsünün bu hərəkəti digər sürücülər tərəfindən etirazla qarşılanıb. Onlar maşından düşərək avtobus sürücüsünə əsəbi etirazlarını bildiriblər. Lakin sürücü heç nəyi vecinə almadan hərəkətinə davam edib.
Həmin fotoları təqdim edirik:
AzNews.az