Bakıda maşın aşdı: qoyunlar küçəyə səpələndi

Paytaxtın Dərnəgül ərazisində, Mikayıl Əliyev küçəsində KamAZ markalı avtomobilin qoşqusu aşıb.

Axar.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, 19 BG 189 dövlət nömrə nişanlı KamAZ markalı avtomobil döngəni kəsərkən, 19 ZA 115 dövlət nömrə nişanlı qoşqunun idarəetməsi itirilib və çevrilib.

Hadisə nəticəsində qoşquda olan xırda və iri buynuzlu mal-qara yola səpələnib. Tələfatın olmadığı bildirilir.

DYP əməkdaşları hələ hadisə yerinə gəlməyib.

AzNews.az
image description image description image description image description