- Köhnə - Hadisə
- 25 İyul 2014 12:38
- 2 323
Həyətdə silah-sursat aşkar edildi
AzNews.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çolpı kənd sakini Hasil Əhmədovun həyətinə baxış zamanı 1 ədəd "AK-74" markalı silah, 2 ədəd patron darağı və 21 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Bundan başqa, Suraxanı rayonunun əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun M.Mustafayev küçəsində Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Vaqif Allahyarovdan "AK" markalı silah götürülüb.
AzNews.az