XX əsrdə baş vermiş iki Dünya müharibəsindən ikincisi, Almaniya ordusunun Polşaya hücuma başladığı 1 sentyabr 1939-cu il müharibənin başlanma tarixi sayılır. Lakin müharibədən əvvəlki çatışmalar da nəzərə alınarsa, müharibə daha öncə başlamış sayıla bilər. XX əsrdə baş vermiş iki Dünya müharibəsindən ikincisi, Almaniya ordusunun Polşaya hücuma başladığı 1 sentyabr 1939-cu il müharibənin başlanma tarixi sayılır. Lakin müharibədən əvvəlki çatışmalar da nəzərə alınarsa, müharibə daha öncə başlamış sayıla bilər.

10 milyonlarla insanın öldüyü müharibənin başlamasından 75 il ötdü – Fotolar

XX əsrdə baş vermiş iki Dünya müharibəsindən ikincisi, Almaniya ordusunun Polşaya hücuma başladığı 1 sentyabr 1939-cu il müharibənin başlanma tarixi sayılır. Lakin müharibədən əvvəlki çatışmalar da nəzərə alınarsa, müharibə daha öncə başlamış sayıla bilər.



İkinci dünya müharibəsi çox böyük miqyas alaraq, demək olar ki, bütün dövlətləri əhatə etmişdi.

2 sentyabr 1945-ci il tarixində sona yetən müharibə 10 milyonlarla insanın ölümünə səbəb oldu: döyüş meydanlarında, əsirlikdə, konslagerlərdə 27 milyon hərbi xidmətçinin həyatı sona yetdi. Bundan başqa müharibə 25 milyona yaxın dinc əhalinin həyatına son qoymuşdu.

İkinci dünya müharibəsi milyonlarla Avropa yəhudisi üçün əsl faciəyə döndü. Belə ki, öz irqi üstünlük nəzəriyyəsini reallaşdıran nasistlər 6 milyon yəhudinin həyatına son qoydular.

Bu müharibə dünya siyasətinin dönüm nöqtəsi oldu. Dünya arenasında qüvvələrin yeni paylaşması meydana çıxdı. Təkcə Almaniya və Yaponiya yox, həmçinin koalisiyanın tərkibinə daxil olan İngiltərə və Fransa da öz beynəlxalq mahiyyətini itirdi. Müharibədən sonra avtoritet mövqeyini bərpa edən ABŞ dünyada aparıcı ölkələrin başında dururdu. Hitler Koalisiyası-na qarşı müttəfiq olan SSRİ və ABŞ müharibədən sonra 50 ilə qədər davam edən "soyuq müharibə"yə başladılar.

Müharibə 1945-ci ildə "Antihitler koalisiyası"nın qələbəsi ilə başa çatdı. Dünya siyasi xəritəsi dəyişikliyə uğradı. Beynəlxalq əməkdaşlıq qurmaq və növbəti toqquşmalara imkan verməmək üçün BMT yaradıldı. Bu zaman Afrika və Asiyada azadlıq uğrunda hərəkatlar başlandı.

Azərbaycan da SSRİ-nin tərkibində bu qanlı müharibədə bütün imkanları iştirak edib. Ölkəmiz bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb olunub. Yüz minlərlə azərbaycanlı fazimə qarşı döyüşlərdə həlak olub.

Məhəmməd
AzNews.az
image description image description image description image description image description image description image description image description