Bəşər Əsədin adı yeni pul qalmaqalında

Suriya prezidenti Bəşər Əsədin ölkədəki iş adamlarından xərac topladığı iddia edilib.

Daxili iğtişaşlar zamanı 50 milyard dollar xərcləyən Əsədin silah-sursat almaq üçün iş adamlarından xərac topladığı bildirilib.

Suriyadan qaçaraq Türkiyəyə sığınan suriyalı iş adamları Bəşər Əsədin hərbi xərcləri qarşılamaq üçün hər cür vasitəyə əl ata biləcəyini bildiriblər. Onların sözlərinə görə, Əsəd xərac verməyən iş adamlarının qohumlarını qaçırdır və pul verildikdən sonra onları sərbəst buraxır.

Qeyd edək ki, ölkələrində rahat fəaliyyət göstərə bilməyən iş adamları Türkiyəyə gəldikdən sonrakı ilk 5 ayda 206 şirkət qurublar.(anspress)

AzNews.az