- Köhnə - Dünya
- 9 İyul 2013 19:58
- 7 110
Obama müsəlmanlara müraciət etdi
"1,5 milyard müsəlman üçün Ramazan dərin düşünmə, din və etiqad vaxtıdır. Bu, həmçinin, ailələr və dostlar üçün birgə yığışmaq və müxtəlif dinlərdən olan insanları birləşdirən ədalət, bərabərlik və bir-birinə şəfqət prinsiplərini reallaşdırmaq imkanıdır. Bu əlaqələr bir çox hallarda bizləri ayıran fərqlilikdən daha möhkəmdir", deyə Obama qeyd edib.
Onun sözlərinə görə, amerikalı müsəlmanlar ölkənin inkişafına öz töhfəsini verir, hökumətdə, elm, biznes və xeyriyyəçilik sahələrində işləyir.
ABŞ-da 2,6 milyon müsəlman yaşayır (əhalinin 1%-dən az).
AzNews.az