Məsciddə terror törədildi; 57-yə yaxın ölü

Pakistanın Paraçinar şəhər məscidi qarşısında törədilmiş partlayış nəticəsində ölənlərin sayı 57-yə çatıb.

Bu barədə APA xarici mətbuata istinadən məlumat verib.

Hadisə cümə namazı qılınarkən şiələrin məscidinin qarşısında törədilib. Motosikletlə hərəkət edən 2 kamikadzenin intihar hücumu nəticəsində 167 nəfər yaralanıb.

"Geo TV" kanalının məlumatına görə, partlayışlara görə məsuliyyəti "Texrikye Talibane Pakistan" təşkilatı öz üzərinə götürüb.

AzNews.az