Gənc qadın qayınları tərəfindən zorlandı - İntiqam

Hindistanda təəccüb doğuran hadisə baş verib.

24 yaşlı qızın qardaşının evli qadınla cinsi əlaqədə olduğu ortaya çıxıb. Bu hadisədən sonra oğlana qəribə cəza verilib. Belə ki, oğlanın bacısını cinsi əlaqədə olduğu evli qadının əri ilə zorla evləndiriblər. Gənc qadının başına gələn müsibət bununla da bitməyib.

Teleqraf.com-un xəbərinə görə, yaşadığı kəndin sakinlərinin "intiqam" adlandırdıqları bu nikahdan sonra gənc qadın əri və ərinin qardaşları tərəfindən mütamadi olaraq təcavüzə uğrayıb. Bir müddət sonra qaçmağa müvəffəq olan qadın polisə şikayət edib. Polisə ifadə verən qadın deyib: "Əgər bu evliliyə qarşı çıxsaydım, kənd qan gölünə çevriləcəkdi".

Polis isə sadəcə "cinayətkarlar cəzalanadırılacaq" deməklə kifayətlənib.

AzNews.az