Anasını bıçaqlayıb, intihar etdi

Moskva sakini anasına 10 bıçaq zərbəsi vurduqdan sonra özünü 10-cu mərtəbədən yerə atıb.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, hadisə Bestujev küçəsindəki evlərdən birində baş verib.

Moskva polisindən bildiriblər ki, gənc oğlan hadisə yerində keçinib, 47 yaşlı qadın isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

AzNews.az