İran və Ermənistan prezidentləri görüşdülər

Bu gün Ermənistan Prezidenti Serj Sarkisyan Tehranda İranın yeni seçilmiş Prezidenti Həsən Ruhani ilə görüşüb.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, iki ölkənin liderləri ikitərəfli və çoxtərəfli məsələlərin geniş spektrini müzakirə ediblər.

Tərəflər qeyd ediblər ki, Ermənistan-İran münasibətlərinin gündəliyi bir sıra iri layihələrin həyata keçirilməsinin təsdiqidir. Prezidentlər ənənəvi əməkdaşlığı daha yüksək mərhələyə çıxartmağın vacibliyini vurğulayıblar.

İki ölkənin lideri regional problemlərə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların indiki mərhələsinə toxunublar.

AzNews.az