Erməni ailəsi Putinin Bakı səfərinə ümid bəsləyir

Azərbaycan ordusunun nəzarətində olan əraziyə keçərkən əsir düşən erməni hərbçi Akop İnciqulyanın yaxınları prezident Serj Sarkisyana müraciət edib.

Onlar prezidentdən əsir hərbçinin geri qaytarılması üçün Rusiya prezidenti Putindən kömək istəməsini xahiş ediblər. A.İnciqulyanın yaxınlarının fikrincə Vladimir Putinin Bakı səfərindən bu məqsədlə də istifadə etmək olar: "Rusiya prezidenti Vladimir Putin Bakıya gedir. Sizdən xahiş edirik, vəziyyətdən istifadə edərək onunla əlaqə saxlayasınız ki, oğlumuz üçün vasitəçilik etsin".

Elnarə
AzNews.az