İçərisində jurnalistlərin də olduğu məscid gülləbaran edilir

Misirdə dünənki nümayiş zamanı nümayişçilərin təhlükəsizlik güclərindən qaçaraq sığındığı Əl Fəth Məscid mühasirəyə alınıb.


Bu barədə məlumatı "Reuters" xəbər agentliyi yayıb.

Məscidin içində qalanlar arasında 2 Türk jurnalist; TRT-nin Qahirə müxbiri Mətn Turan və Anadolu Agentliyinin müxbiri Qrant Zəkəriyyə da var.

Məlumatda polislə nümayişçilər arasında məsciddə toqquşma da olduğu bildirilir. Misir telekanallarının birində də, bir adamın məscid minarəsindən atəş açdığı yayımlanıb.

Qarşıdurmanın müsəlman qardaşlarla polis arasında yaşandığını söylənilir. Ancaq silahlı şəxslərin hansı qrupa daxil olduğuna dair qəti bir məlumat yoxdur.

Anadolu agentliyinin məlumatına görə isə məscidə çöldən atəş açılıb.

Məscidin üzərində helikopterler uçur. İçəridəkilərlə əlaqə yaratmaq mümkün deyil. Məsciddən çıxmağı bacaranlar cinayət qruplarının hücumuna uğrayır.

Əli Rais Hüseynli
AzNews.az