İsrail Livanı raket atəşinə tutdu

Bu gün İsrail Livan ərazisini raket atəşinə tutub.

İsrail tərəfindən dörd mərmi Livan torpağına düşüb. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir. İsrail tərəfi bu addımı terrorçuların hücumuna qarşı cavab olduğunu bildirir.

Xatırladaq ki, ötən gün Livanın ərazisindən İsrailə endirilmiş raket zərbələri nəticəsində 4 nəfər dinc sakin xəstəxanaya yerləşdirilib.Bu barədə İsrailin Xilasetmə Xidmətinin açıqlamasında bildirilir. Zərər çəkmiş şəxslərdən üçünün dərin psixoloji şok keçirdiyi bildirilir. Daha bir yeniyetmə qızın isə hava həyəcanı səsləndikdən sonra sığınacağa qaçarkən yıxılıb xəsarət aldığı qeyd olunur.

AzNews.az