Ay və Günəş bundan sonra tez-tez tutulacaq - PROQNOZ

"Ay və Günəşin tutulması hadisəsinin sayı arta da bilər". Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov bildirib. O deyib ki, bu gün Bakı vaxtı ilə saat 10:58 ay tutulması başlayıb və 14:33-ə qədər davam edib.

X. Mikayılovun sözlərinə görə, Günəş tutulması əsasən Avstraliya, Sakit okean, ABŞ və Rusiyanın şərq vilayyətlərində açıq aşkar müşahidə edilib: "Azərbaycan ərazisində gündüz olması səbəbindən ayın tutulması müşahidə etmək mümkün olmayıb Ümumi ay tutulması 3 saat 35 dəqqə davam edib. Hər il ay və günəşin tutulması hadisəsi adətən iki dəfə baş verir. Ay, yer, günəş bir düz xəttində olanda bu hadisə baş verir".

Amid Əyyuboğlu
AzNews.az