• Hadisə
  • 5 Dekabr 2023 20:37
  •  2 930

Moskvada Azərbaycan və İran XİN başçıları görüşüb - FOTO

Moskvada Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü keçirilib.

Aznews.az xəbər verir ki, Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında görüş başlayıb.

Nazir Ceyhun Bayramov görüşün əvvəlində çıxış edərək bildirib ki, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Moskvada keçirilən görüşü çərçivəsində Xəzər dənizi mövzusuna dair məsələlərlə bağlı faydalı fikir mübadiləsi aparmaq imkanı yaranıb.

Nazir bugünkü ikitərəfli görüşdə iki ölkə prezidentlərinin tapşırıqlarından irəli gələn məsələlərin, eləcə də siyasət, nəqliyyat, energetika, regional təhlükəsizlik sahələrinə dair fikir mübadiləsi aparılmasının əhəmiyyətini diqqətə çatdırıb.

image description image description image description image description