- Hadisə
- 11 May 19:26
- 5 208
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
Yerli vaxtla saat 17:22 də Lənkəranda zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 6 bal, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 5-3 bala qədər hiss olunub.
Aznews.az xəbər verir ki, bu barədə Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatında deyilir.
Təqribən 10 saniyə davam edən zəlzələ 5 bala yaxın hiss olunub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, yerli vaxtda saat 17.23-də Talış dağlıq zonasında, Lənkəran ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.