- Hadisə
- 15:15
- 863
Azərbaycan və Misir iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) İllik Toplantısı çərçivəsində Azərbaycan və Misir arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O, qeyd edib ki, Misirin planlaşdırma, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq naziri Raniya əl-Məşatla keçirilən görüşdə ölkələr arasında iqtisadi əməkdaşlığın şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə ticarət, investisiya, enerji, kiçik və orta biznes, sənaye, infrastruktur və nəqliyyat-logistika sahələrində qarşılıqlı fəaliyyətin təşviqi imkanları dəyərləndirilib.