İş adamının oğlunun ölüm səbəbi məlum oldu

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, "Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın oğlu Ebrar Büyükfıratın ölüm səbəbi məlum olub.

O, yaşadığı binanın altıncı mərtəbəsindən yıxılıb.

Hadisə iyunun 28-i saat 12 radələrində Nərimanov rayonu C.Hacıbəyli küçəsi ev 104, mənzil 35-də baş verib

Türkiyə vətəndaşı 1998-ci il təvəllüdlü Büyükfırat Ebrar Abdurrahim Hüseyn yaşadığı binanın eyvanından yıxılıb və vəfat edib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.