Muxtar Babayevlə COP30-un prezidentliyə namizədi OPEC-in seminarında müzakirələr aparıblar

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev Braziliya XİN-in iqlim, enerji, ətraf mühit üzrə müavini, COP30-un prezidentliyə namizədi Andre Korrea do Laqo ilə müzakirələr aparıb.

Bu barədə COP29-un rəsmi "X" hesabında paylaşım edilib.

Bildirilib ki, müzakirələr Avstriyanın paytaxtı Vyanada yerləşən məşhur Hofburq sarayında OPEC-in 9-cu Beynəlxalq Seminarı çərçivəsində "COP29-dan COP30-a" adlı xüsusi sessiya da baş tutub.

AzNews.az