Tərtərdə boğulma təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib

Tərtər rayonu ərazisində boğulma təhlükəsi ilə üzləşən şəxslər xilas edilib.

Aznews.az xəbər verir ki, dörd nəfər Cəmilli kəndi ərazisində çimmək məqsədilə Suqovşan-Goranboy magistral su kanalına düşüblər.

Kanalda axın güclü olduğundan onların hamısını su aparıb. Ərazidə olan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları boğulmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas edib.

Dördüncü şəxs, 1994-cü il təvəllüdlü Hüseynov Natiq Namiq oğlunun cansız bədəni beton kanalın Tərtər rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində tapılıb.

AzNews.az