- Hadisə
- 20:41
- 1 410
Şəhidlərimizi təhqir edənlər barədə məhkəmə qərar verdi

Xəbər verildiyi kimi, 3 nəfər əcnəbinin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etmələri ilə bağlı Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.
Onlar polis əməkdaşları tərəfindən saxlanılaraq təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.
Səbail Rayon Məhkəməsinin müvafiq qərarı ilə saxlanılanların hər biri barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
AzNews.az