O, həmçinin, Rusiya dövlətinə də təşəkkür edib: “Ailəmizin ikinci vətəni Rusiyadır. Mən orada anadan olmuşam. Təhsilimi də orada almışam. Bu günə kimi də orada yaşayırıq. Rusiya dövləti bizim təhsil almağımıza, işləməyimizə şərait yaradıb. Buna görə Rusiya dövlətinə də dərin minnətdarlığımızı bildiririk”.
Qeyd edək ki, bu ilin avqust ayında Rusiyanın Voronej şəhərində tanınmış azərbaycanlı iş adamı, “Alekseyeviski” bazarının sahibi Yusif Xəlilov həbs edilib.
Yusif Xəlilovun həbsdən azad edilməsi, eləcə də dünyanın müxtəlif nöqtələrində azərbaycanlılarının hüquqlarının qorunması istiqamətində atılan addımlar Azərbaycan lideri İlham Əliyevin bütün dünya azərbaycanlılarının prezidenti olduğunu bir daha nümayiş etdirir.