BŞTİ: Texniki və humanitar fənlər liseyinə direktor təyin edilib

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyin direktorunun müvafiq əmrinə əsasən, 147 nömrəli Texniki və humanitar fənlər liseyinin direktoru vəzifəsinə Şahmirova Kəmalə Bayram qızı təyin edilib.

Aznews.az xəbər verir ki, təhsil müəssisəsində tədris prosesi normal qaydada davam edir.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakı şəhəri 147 saylı məktəb liseydə kütləvi narazılıq səbəbindən müəllimlərin dərsə girməməsi bildirilib.

Narazılığa səbəb kimi Sumqayıtda yerləşən 32 saylı məktəbin direktorunun gözlənilmədən 147 saylı məktəbə direktor kimi elan olunmasıdır.