Bu ilin 10 ayında 50 aptekdə dərman vasitələrinin reseptsiz satıldığı aşkarlanıb

Cari ilin 10 ayı ərzində 50 aptekə dərman vasitələrinin reseptsiz satıldığı aşkarlanıb.

Aznews.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, bunlardan 8-i Bakıda, 42-i isə digər bölgələrdə fəaliyyət göstərən apteklər olub.

Dərman vasitələrinin reseptsiz satışına görə protokollar tərtib edilib.