"Cəfər Cabbarlı" stansiyasına bitişik olan yeraltı keçiddə tüstülənmə baş verib

"Bakı Metropoliteni" QSC-nin "Cəfər Cabbarlı" stansiyasına bitişik olan yeraltı keçiddə yerləşən ticarət mağazasında tüstülənmə baş verib.

Tüstülənmənin nəticələrinin sərnişinlərə təsirlərinin qarşısını almaq məqsədilə stansiyanın giriş və çıxış qapıları dərhal bağlanılıb, havalandırma sistemi sovurma rejiminə keçirilib.

"Cəfər Cabbarlı" və "28 May" stansiyalarının, həmçinin "Cəfər Cabbarlı-Xətai" mənzilində qatarların hərəkəti normal iş rejimi şəraitində təmin edilir.

Saat 10:00-da stansiyanın giriş-çıxışı istifadəyə veriləcək.

AzNews.az