- Hadisə
- 15:50
- 1 062
Bakıda beynəlxalq konfrans keçiriləcək
Bakıda xarici ölkələrin uşaq məsələlərinə cavabdeh nazirlərinin iştirakı ilə beynəlxalq konfrans keçiriləcək.
Aznews.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova uşaqlarla görüşdə deyib.
Onun sözlərinə görə, konfransın dekabrın 23-də keçirilməsi planlaşdırılır:
"Beynəlxalq konfransın əsas mövzusu uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin qorunması, elektron xidmətlərdən istifadə zamanı ziyan görməməsindən ibarət olacaq".
Aznews.az