Bakıda TDT-nin Media və İnformasiya üzrə işçi qrupunun iclası keçirilir - FOTO

Bakıda Türk Dövlətləri Təşkilatının Media və İnformasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilir.

Aznews.az xəbər verir ki, iclas çərçivəsində TDT-nin müvafiq sahə üzrə 2025-ci il üçün Fəaliyyət Planının icra vəziyyəti müzakirə olunacaq və sənədin 2026-cı il üçün uyğunlaşdırılaraq yenilənməsi gözlənilir.

Bununla yanaşı, TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısının yekun sənədi olan Kommünike layihəsi ətrafında fikir mübadiləsi aparılacaq.

Həmçinin, növbəti toplantının keçirilmə yeri və tarixlərinə dair təqdim olunan təkliflər haqqında danışılacaq.

Aznews.az

image description image description image description image description image description