- Qərb
- 01:33
- 1 344
Tramp əsl "şahin" istəyir: ABŞ-ın Quru Qoşunları komandanı vəzifəsindən uzaqlaşdırılır
ABŞ müdafiə naziri Pit Heqsetin Ordu Baş Qərargah rəisi general Rendi Corca istefa verməyi tövsiyə edb. Bu barədə danışan mənbələrə görə , Corcdan "dərhal təqaüdə çıxması" istənilib.
AzNews.az xəbər verir ki, mənbələr Heqsetin bu vəzifədə prezident Donald Trampın və onun öz vizyonunu həyata keçirəcək birini görmək istədiyini bildirib. ABŞ Müdafiə Nazirliyinin rəsmisi bu qərarı "rəhbərliyin dəyişməsi vaxtı" kimi təsvir edib.
2023-cü ildə Prezident Co Bayden tərəfindən namizədliyi irəli sürülən və senat tərəfindən təsdiqlənən Corc 2027-ci ilə qədər vəzifədə qalacaqdı. Lakin indi ondan səlahiyyət müddəti bitməmişdən əvvəl istefa verməsi tələb olunur.
AzNews.az