İsa Həbibbəylinin baldızı oğlu güllələnib

Bakıda “Neftçilər” metrosu yaxınlığında ağır cinayət hadisəsi baş verib.

Həmin ərazidə yaşayan Nicat adlı şəxs öz evində güllələnərək qətlə yetirilib.

Hadisənin təfərrüatları araşdırılır və rəsmi qurumlar tərəfindən hələlik geniş açıqlama verilməyib.

Qətlə yetirilən şəxsin tanınmış akademik, Milli Məclisin deputatı İsa Həbibbəylinin baldızı oğlu olduğu da iddia olunur.

AMEA-nın prezidenti İsa Həbibbəyli baldızı oğlunun güllələnməsi xəbərinə reaksiya verib.

KONKRET.az-ın əməkdaşının məsələ ilə bağlı sualını akademik çox sakit şəkildə belə cavablandırıb: “Mən eşitməmişəm. İndi gəlmişəm evə, xəbərim yoxdur”.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Cinayəti törədən şəxsin kimliyi, motivi və hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.(Konkret.az)