Azərbaycanla əlaqələri gücləndirməyə davam edəcəyik - Gideon Saar

Azərbaycanda səfərdə olan İsrailin xarici işlər naziri Gideon Saar Bakıda yəhudi icmasının liderləri ilə görüşüb.

Aznews.az xəbər verir ki, bu barədə İsrail XİN rəhbəri sosial şəbəkə hesabında bildirib.

"Bu gün Azərbaycanda ölkənin müsəlman əhalisi ilə yanaşı, qarşılıqlı hörmət şəraitində, dini dözümlülük və ibadət azadlığının qorunması fonunda təxminən 30 min yəhudi yaşayır.

Nəsillər boyu Azərbaycan müsəlmanların çoxluq təşkil etdiyi, yəhudi icmasına rifah və təhlükəsiz həyat imkanı yaradan bir ölkə kimi nümunə və model olub.

Mən iki ölkə arasındakı əlaqələrə inanıram. İsrailə köç etmiş böyük yəhudi icması və Azərbaycanda qalan yəhudilər bir çox sahələrdə getdikcə möhkəmlənən münasibətlər üçün güclü bir insani körpü təşkil edir. Bu əlaqələri gücləndirməyə davam edəcəyik", - XİN rəhbəri qeyd edib.

Aznews.az