Britaniyanın ticarət elçisi: Qürur duyuram ki, Azərbaycanla əməkdaşlığımızı strateji tərəfdaşlıq səviyyəsinə yüksəldirik

Azərbaycanın Orta Dəhlizin formalaşmasında rolu həyəcanverici fürsətlərə yol açır.

Aznews.az xəbər verir ki, bunu Azərbaycana səfərini tamamlayan Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət üzrə elçisi Lord Con Alderdays bildirib.

Prezident İlham Əliyev, Azərbaycan hökumətindən olan həmkarları ilə görüşmək fürsətinin olduğunu bildirən ticarət elçisi bu görüşlərin çox məhsuldar keçdiyini diqqətə çatdırıb: “Bir şey məlum oldu ki, bizim hamımız iqtisadiyyatın əsas sektorları üzrə Böyük Britaniya-Azərbaycan əməkdaşlığını inkişaf etdirmək əzmindəyik. Mən qürur duyuram ki, əməkdaşlığımızı strateji tərəfdaşlıq səviyyəsinə yüksəldirik”.

Lord Alderdays qeyd edib ki, ki, Azərbaycan və Böyük Britaniya təmiz enerjidən Orta Dəhliz infrastrukturuna qədər bir çox sahədə - iqtisadi şaxələndirmə, təhsil və digər sahələrdə əməkdaşlıq edir: “Azərbaycanın Orta Dəhlizin formalaşmasında rolu xüsusi olaraq, həyəcanverici fürsətlər təqdim edir. Bu ölkəyə səfərim mənə göstərdi ki, strateji tərəfdaşlar kimi birlikdə nail ola biləcəyimiz daha çox şeylər var. Mən Azərbaycanı böyük həvəs və optimizmlə tərk edirəm”.

Aznews.az