- Hadisə
- 18:01
- 1 574
"Azəristiliktəchizat" auditor seçir
"Azəristiliktəchizat" ASC 2025-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun auditi üçün açıq tender elan edib.
Aznews.az xəbər verir ki, tenderdə iştirak haqqı 31 manatdır.
İddiaçılar təkliflərini yanvarın 19-na qədər səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 3 ünvanına təqdim edə bilərlər.
Təkliflərə yanvarın 19-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.
"Azəristiliktəchizat" ölkə Prezidentinin "İstilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 8 iyun 2005-ci il tarixli sərəncamı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 136,685 milyon manatdır. Səhmdar cəmiyyəti Bakıda və regionlarda yaşayış evlərini və binaları, təhsil, səhiyyə müəssisələrini və digər sosial təyinatlı obyektləri istiliklə təchiz edir.