Masallıda yol qəzası: 18 yaşlı gənc öldü - FOTO

Masallıda ağır qəza baş verib.

Hadisə gecə saatlarında Masallı şəhərinin Seybətin küçəsində qeydə alınıb.

Masallı rayon sakini 18 yaşlı Məsləhət Cabbarov idarə etdiyi "BMW" markalı avtomobillə hərəkətdə olarkən Lənkəran rayon sakini Amid Məmmədzadənin idarə etdiyi "Chevrolet Cruze" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində M.Cabbarov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Buna baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

xxx

Masallı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2008-ci il təvəllüdlü şəxs (kişi) 18.04.2026-cı il tarixində saat 23:50 radələrində qapalı kəllə-beyin travması ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Məlumata görə, Komatoz vəziyyətdə olan şəxsə bütün zəruri reanimasiyon tədbirlərin göstərilməsinə baxmayaraq, 19.04.2026-cı il tarixində saat 00:09-da ölüm faktı qeydə alınıb.

Aznews.az

image description image description