- Hadisə
- 11 İyun 09:00
- 2 495
Bakıda "Qazel"lə motosiklet toqquşdu, ölən var
Bakıda "Qazel"lə motosiklet toqquşması nəticəsində bir nəfər ölüb.
Aznews.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.
1985-ci il təvəllüdlü Qurbanov Rafiz İbrahimxəlil oğlu idarə etdiyi "Qazel" markalı avtomobillə hərəkətdə olarkən 2008-ci il təvəllüdlü Məhəmməd Mirzə Arif oğlunun idarə etdiyi "Tufan" markalı motosikletlə toqquşub. Nəticədə sərnişin Məmmədov Nihat Elmar oğlu xəsarət almış, sürücü - Mirzə Məhəmməd aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.