- Ermənistan və Gürcüstan
- 7 Oktyabr 2018 16:29
- 30 173
“Yarasa kisəsi” - İranda başladı, Türkiyəyə keçdi, Azərbaycana da sıçradı
Türkiyəli professor "yarasa kisəsi" ilə bağlı məlumata münasibət bildirib.
AzNews.az "Vatan" qəzetinə istinadən bildirir ki, Kırıkkale Universitetinin professoru İrfan Albayrak son vaxtlar sosial mediada paylaşılaraq məşhurlaşan "yarasa kisəsi" və ya "yarasa yumurtası" haqqında dərman istehsalında istifadəsi, ömür uzatması kimi iddiaların yalan olduğunu deyib.
O, qeyd edib ki, bu adla çox baha qiymətə satılan məhsullar sünidir.
Albayrak bu tendensiyanın, əvvəlcə, İranın Urmiya şəhərindən başlandığını, daha sonra Azərbaycan, Əlcəzair, İraq, Suriya və hazırda Türkiyəyə yayıldığını, mağaraların təhlükəli durumda olduğunu vurğulayıb.
Fırıldaqçılar əvvəlcədən mağaralara şar formasında "yumurta" yerləşdirir, daha sonra isə onun "yarasa kisəsi" olduğunu iddia edir və baha qiymətə satırlar.
Alim vurğulayıb ki, təxminən, Türkiyədəki bütün mağaraları gəzib, lakin yarasanın kisəsi, yaxud yumurtası ilə rastlaşmayıb.
İrfan Albayrak bildirib ki, yarasa məməli və doğaraq çoxalan bir heyvandır, o yuva qurmur və yumurtası olmur.
Nurlan AĞA,
AzNews.az