- Ermənistan və Gürcüstan
- 5 Mart 2019 08:38
- 3 931
İran Tramp və Netanyahunu tənqid etdi - "Səbrimiz daşır"

"Biz verdiyimiz sözü tuturuq".
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti, İsrailin baş naziri və ortaqlarının İran haqqındakı iddialarının əksinə Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın sözünü tutduğunu, ancaq səbrlərinin daşmaq üzrə olduğunu bildirib.
AzNews.az xəbər verir ki, Zərif bu barədə sosial media hesabından açıqlama verib.
O, açıqlamasında ABŞ prezidenti Donald Tramp və müttəfiqlərini tənqid edib.
"Netanyahu Tramp və ortaqlarının İran haqqında davamlı dediyi yalanların əksinə Beynəlxalq Atom Agentliyi on dəfələrlə olduğu kimi bu dəfə də verdiyimiz sözü tutduğumuzu və ABŞ-ın qanunlara əks olaraq pozduğu razılaşmaya bağlı qaldığımızı təsdiqlədi. Ancaq bununla birlikdə bizim səbrimiz daşmaq üzrədir". Zərif belə deyib.
Pərvanə Ağazadə
AzNews.az