- Ermənistan və Gürcüstan
- 15 İyul 2019 23:38
- 3 047
Gürcüstanda daha 4 etirazçı saxlanılıb
Gürcüstanın paytaxtı Tbilisidə iyunun 20 və 21-də baş vermiş hadisələrlə bağlı daha dörd etirazçı saxlanılıb
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildirilib.
Saxlanılan şəxslər kütləvi zorakılıqda iştirak və polis əməkdaşlarına hücum edərək parlament binasına soxulmağa cəhddə təqsirli bilinirlər.
Qeyd edək ki, iyulun 4-də kütləvi zorakılıqda iştirakda təqsirli bilinən dörd etirazçı saxlanılıb. (Report)