- Ermənistan və Gürcüstan
- 31 İyul 2019 11:52
- 3 656
Batumidə Azərbaycan vətəndaşları bıçaqlandı
Onlar xəstəxanaya çatdırılıb
Ötən gecə Gürcüstanın Batumi şəhərində kütləvi dava olub.
Ədliyyə Evi yaxınlığında, çimərlikdə baş verən mübahisə qarşıdurma ilə nəticələnib.
Kütləvi dava zamanı 3 Azərbaycan vətəndaşı bıçaq yaraları alıb. Onlar xəstəxanaya çatdırılıb.
Həkimlərin bildirdiyinə görə, onlarından ikisinin vəziyyəti sabit, digərinin vəziyyəti isə nisbətən ağırdır.
Qarşıdurmanın səbəbi hələ məlum deyil.
Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır. (Report)